04 May 2024 02:30

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda heyvan bazarında abadlıq işləri aparılıb-FOTO

Azadsöz.az xəbər  verir  ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırığına əsasən rayonun Qarabaqqal kəndində  “Rüstəm” MMC şirkətinin  əznində  yerləşən heyvan  bazarında  təmizlik və səliqə səhman işləri aparılıb.

İribuynuzlu və xırdabuynuzlu heyvanların satışı  üçün  nəzərdə tutulmuş  bazarda  piştaxtalar üzlənərək qaydaya salınıb, ərazi məişət tullantılarından  təmizlənib, müxtəlif  növ  meyvə  ağacları  əkilib.

Mütamadi olaraq  Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən  bazarda dezinfeksiya işləri  aparılır.

Qeyd  edək ki, qış  və yay aylarında  bazara üz  tutan   satıcıların  və   alıcıların  rahatçılığını  təmin etmək  məqsədilə tezliklə  bazarın  üstünün örtülməsi nəzərdə tutulub.