01 May 2024 15:52

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda şəhid ailəsinin evinin dam örtüyü dəyişdirilib-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.

Göyçay  rayonunun Ləkçıplaq  kəndində yaşayan I Qarabağ müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsmayıl Arif oğlu İsmayılovun atası İsmayılov Arif Məhəmməd oğlu  20220-ci ilin noyabrında fərdi yaşayış evinin dam örtüyünün  dəyişdirilməsi üçün  Göyçay  rayon İcra Hakimiyyətinə etdiyi  müraciət  təmin edilib.Göyçay  Mənzil İstismar İdarəsinin  əməkdaşları  tərəfindən  evin dam örtüyü dəyişdirilərək, ailənin ixtiyarına verilib.

Qeyd edək ki, İsmayıl Arif oğlu İsmayılov 1969-cu ildə Göyçay  rayonunun Ləkçıplaq  kəndində anadan olub.1994-cü il yanvarın 29-da Kəlbəcər rayonunun Qanlı  kəndi  uğrunda gedən döyüşlərdə şəhid olub. Göyçay  rayon Ləkçıplaq  kəndində  dəfn  edilib.

PAGE TOP