Azadsöz.az xəbər verir ki, 16 dekabr 2022-ci il tarixində Göyçay Gənclər Evinin akt zalında Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə nəşr olunan “Qəhrəmanlarımızı Tanıyaq” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Vüsal Zöhrabov, Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri, “Qəhrəmanlarımızı Tanıyaq” layihəsinin rəhbəri Samirə Mustafayeva, “Yeni Həyat” humanitar və sosial dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Göyçay rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim Xəlil Orucov, təhsil işçisi Yasin Əbdurrəhmanov, Göyçay rayon Ərəbcəbirli kənd icra nümayəndəsi Nazim Həşimov, şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, şəhid Teymur Qasımovun atası, Mikayıl Qasımov, şəhid Mehman Muradovun qardaşı qızı Leyla Muradova “Qəhrəmanlarımızı Tanıyaq” adlı kitabın tərtibatçısı, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova, “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu və Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Vüsal Zöhrabov “Qəhrəmanlarımızı Tanıyaq” adlı kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin qəlbimizdə əbədi yaşayacaqlarını, onların qəhrəmanlığı, fədakarlığı nəticəsində torpaqlarımıza qayıtdığımızı qeyd edib.
Daha sonra Samirə Mustafayeva, Nailə İsmayılova, Xəlil Orucov, şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, şəhid Teymur Qasımovun atası, Mikayıl Qasımov, şəhid Mehman Muradovun qardaşı qızı Leyla Muradova və Gülşən Muradova çıxış edərək “Qəhrəmanlarımızı Tanıyaq” kitabının nəşri təqdirə layiq addım olduğunu vurğulayıblar. Bizim bugünkü müstəqilliyimiz , tarixi torpaqlarımızın erməni işğalından azad olunması şəhidlərimizin canı, qanı bahasına başa gəldiyini diqqətə çatdırıblar.Bu cür vətənpərvərlik ruhunda nəşr olunan kitablar qəhrəmanlarımızın tanıdılmasında, təbliğində bu gün böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd ediblər.
Sonda tədbir iştirakçılarına kitablar paylanıb.