09 May 2024 02:32

Fərqliliyimiz Uğurumuzdur

Bu tarixlərdə döyüş sursatları utilizasiya ediləcək – XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyinin məlumatına görə döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.