Azadsöz.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənədlər 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.