23 Noyabr 2024 13:17

Şəhid Həsən Bayramovun ikinci ildönümü qeyd olundu

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix  yazaraq  şəhidlik zirvəsinə ucalan Həsən Ağaisa oğlu Bayramovun ikinci ildönümü  Göyçay  Şəhidlər  Xiyabanında  şəhidin məzarı  önündə qeyd olundu.

Tədbirdə  Göyçay  rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev ,  İcra hakimiyyəti başçısı aparatının nümayəndələri,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri, dindarlar, ağsaqqalar, şəhid  ailələri, rayon sakinləri və şəhidin  ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev  çıxış  edərək  şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.Otuz il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsində erməni işğalından azad edərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd edərək  şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.

Daha  sonra digər  natiqlər  çıxış  edərək  Həsən Bayramovun qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunun Birinci  Ərəbcəbirli kəndində  anadan olub.2019-cu il iyulun 3-də hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsində döyüşlərə qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.13 dekabr 2020 ci ildə  Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid  Həsən Bayramovun  adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən,  Həsən Bayramov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul