16 Sentyabr 2024 23:32

Şəhid Vüqar Vahidovun adını daşıyan küçədə abadlıq işləri görülüb-FOTO

Azadsöz.az  xəbər verir ki, Göyçay  rayonunun Çaxırlı kəndində birinci Qarabağ müharibəsinin şəhidi Vüqar Vahidovun adını daşıyan küçənin yol kənarları və ərazidən keçən təbii qaz xəttinin üzəri rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə kol-kosdan təmizlənib.

Həmçinin Çaxırlı bələdiyyəsinin təşkilatçılığı ilə kəndin daxili yollarına çınqıl daşı tökülərək cari təmir olunub. Kəndin pay torpaq sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə 500 metr məsafədə suvarma arxı lil və çöntülərdən təmizlənib.

Görülən işlərə görə kənd sakinləri əziyyəti olan hər kəsə öz minnətdarlığını bildiriblər.

Çaxırlı kəndində Qarabağ müharibəsi şəhidinin adını daşıyan küçədə abadlıq işləri görülmüşdür