16 Sentyabr 2024 23:35

Göyçaylı qazi Yusif Məmmədova mətbəx və sanitar qovşağı tikilib-FOTO/VİDEO

Azadsöz.az  xəbər verir ki, Göyçay  rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, həmin ailələrin problemləri ilə mütəmadi maraqlanılır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

44  günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan Göyçay  rayonunun Mallı-Şıxlı  kənd  sakini, qazi Məmmədov Yusif Müşviq oğlunun Göyçay  rayon İcra Hakimiyyətinə bu ilin oktyabrında etdiyi  müraciət əsasında məişət şəraiti yaxşılaşdırılıb.Qazimizin  ailə üzvləri üçün  mətbəx və sanitar qovşağı tikilərək  ailənin ixtiyarına verilib.

Qeyd edək ki, Yusif  Müşviq oğlu Məmmədov 28 mart 2002-ci ildə Göyçay rayonunun Mallı-Şıxlı  kəndində  anadan olub.2020-ci il  mayın 7-də  Həqiqi hərbi  xidmətə  yollanıb.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murov və Kəlbəcər istiqamətində gedən döyüşlərdə  iştirak  edib. Sentyabrın 30-da döyüş tapşırığını  yerinə  yetirən zaman yaralanaraq  qazi  olub.

Göyçaylı qazi Yusif Məmmədova mətbəx və sanitar qovşağı tikilib