Azadsöz.az xəbər verir ki, Alpout kəndində şəhid ailələrinin yaşadığı məhəllədə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin İstismar qrupu tərəfindən yeni su xətti inşa edilir.
“Azərsu” ASC-nin və “Birləşmiş Sukanal” MMC-nin təşəbbüsü ilə həyat keçirilən uzunluğu 1610 metr olan yeni layihə həm şəhid ailələrinin həm də həmin xətt üzərində yerləşən kənd sakinlərinin də içməli suya olan təlabatı təmin ediləcəkdir.
Hazırda İstismar qrupu tərəfindən xətlərin inşası tamamlanmış və bulaqların quraşdırılması işləri davam edir.