Azadsöz.az xəbər verir ki, 2020-ci il noyabrın 23-də Suqovuşan ərazisində minaya düşərək şəhid olan Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi Babək Səmidlinin oğlu Mətləb Səmidli özünün facebook hesabında atası ilə bağlı təsirli paylaşım edib.
Şəhid övladının atası haqqında yazdığı statusu olduğu kimi təqdim edirik:
“Ruhun şad olsun igid, qəhraman atam. Səninlə hər zaman fəxr etmişəm. 22 Noyabr gecə saatlarında evə gəlmişdin. Şəhid olan əsgərlərin və dostların üçün çox darıxdığını və hər zaman olduğu kimi yenədə şəhid olmaq arzunu dilə gətirmişdin. Arzusuna çatan qalib ordunun “Zəfər” ordenli, Suqovuşan fatehi ləqəbli Şəhid Polkovnik Babək Səmidli”.