Azadsöz.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkədə yayılmış Azərbaycan Ordusunun Tavuşdakı erməni mövqelərini atəşə tutduğuna dair məlumatları təkzib edib.
Erməni KİV-ə istinadən xəbər veririk ki, bu barədə Ermənistan MN bəyanat yayıb.
“Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı erməni mövqelərini atəşə tutması ilə bağlı məlumatlar reallığı əks etdirmir”, – bəyanatda deyilir.
Ermənistan MN vətəndaşları rəsmi məlumatları izləməyə çağırıb.