04 May 2024 16:27

Fərqliliyimiz Uğurumuzdur

Prezident AZƏRTAC-ın rəhbərini vəzifəsindən azad etdi-SƏRƏNCAM

Azadsöz.az  xəbər  verir  ki, Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.