28 Noyabr 2024 07:30

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?

Azadsöz.az xəbər verir ki, tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt; 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt; 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt; orta gərginlik üzrə 170 manat/kVt olaraq müəyyən edilib.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə – 271 manat; ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə – 160 manat müəyyən olunub.

İqtisadçı ekspert Eyyub Kərimli yeni tənzimləmələri  şərh edib.

O bildirib ki, yeni tənzimlənmələrə əsasən, elektrik və qazpaylayıcıların qiymət dəyişməsinin müəyyən təsirləri olacaq.

Ekspertin özlərinə görə, statistik rəqəmlərə nəzər salsaq, quraşdırılan sayğaclar, əsasən, əhali qrupuna aiddir.

“3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ azalacaq. Bu, həyət evlərində yaşayanları nəzərdə tutur. Azalma onların büdcəsinə uyğundur.

Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artacaq. Bu, daha çox enerji istehlak edən əhali qruplarıdır.

Qazpaylayıcıların, əsasən, həyət evlərində qoşulmasına 60% güzəşt tətbiq olunur. Bu da insanların enerjiyə çıxışıdır və müsbət hal kimi qiymətləndirmək olar”.

Ekspert qeyd edib ki, yeni tənzimləmələrlə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma üzrə ödəniş məbləğlərinin müəyyən edilməsi xərclərin optimallaşdırılmasına səbəb olacaq.

“Bundan əvvəl belə xidmətlər müxtəlif podratçı şirkətlərlə qarşılıqlı razılaşma ilə həyata keçirilirdi. Bu da müəyyən narazılıqlara səbəb olurdu. Bəzən eyni iş üçün əhali tərəfindən fərqli ödənişlər edilirdi. Yeni tənzimləmələr belə halları aradan qaldırır. Bu, əhalinin xeyrinə olan tənzimləmədir. Vahid tarif bu sahədə idarəetməni və şəffaflığı təmin edəcək. Digər tərəfdən, bu işlə məşğul olan şirkətlərin fəaliyyətində müsbət dəyişikliklər olacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Bildirilib ki, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

– 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

– 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

– Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin, yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə – 271 manat;

– Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə – 160 manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib

Ankara escort İstanbul Travesti Shemale İstanbul