Azadsöz.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda noyabrın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq başa çatıb.
Prezidentliyə namizədlərin seçki kampaniyasının başa çatdığı ölkədə bu gün seçkiqabağı “sükut” günüdür və seçki təbliğatına icazə verilmir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkənin seçkilərə hazır olduğunu açıqlayıb.
Komissiyanın sədri Nurlan Abdirov mətbuat konfransında bildirib ki, seçkilərin keçirilməsi üçün lazımi avadanlıqla təmin olunub, seçki dairələrində əlil vətəndaşlar üçün şərait yaradılıb, siyahıların yoxlanılması və seçki qutularının məsul şəxslərinin hazırlıq prosesi başa çatıb.