26 Noyabr 2024 21:27

Tarix Muzeyində şəhid polkovnik-leytenant Vidadi Xəlilova məxsus materiallar qorunur-FOTO

Azadsöz.az  xəbər  verir  ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid polkovnik-leytenant Vidadi Xəlilova məxsus materiallar – hərbi səhra kiteli və şalvarı, hərbi formada çəkilmiş foto, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi tərəfindən verilən sertifikat qorunur.

Həmin materiallar 2021-ci ildə muzeyin “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisində nümayiş etdirilib.

Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.

Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.

2004-2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri. 09. 02.2007-ci il tarixindən 26.11.2009-cu il tarixinədək N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 26.11.2009-cu il tarixindən 29.06.2011-ci il tarixinədək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib.

O, 14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.

Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir daha özünü sübut edərək Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhidlik  zirvəsinə  ucalıb.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

 

Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul