Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun bu gün ikinci ildönümüdür. Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.
Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.
O, 14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.
Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir daha özünü sübut edərək Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhidlik zirvəsinə ucalıb.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.