Azadsöz.az xəbər verir ki, noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə TƏBİB-dən məlumat verilib.
“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.
****
09:41
Azadsöz.az xəbər verir ki, Çobankol kənd sakini, 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 17 yaşlı Mosul kənd sakini və 8 yaşlı Qazangül qəsəbə sakini qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.