20 Sentyabr 2024 06:34

Şəhid Toğrul Hacıyevin ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün 44 günlük Vətən  Müharibəsində şəhid olan Toğrul Hacıyevin ikinci  ildönümüdür.Toğrul Siyavşah oğlu Hacıyev  1991-ci il fevralın 4-də  Göyçay rayonunun  Çayarxı kəndində anadan olub.1997-2006-cı illərdə Çayarxı kənd ümumi orta məktəbdə 9 illik təhsil aldıqdan sonra rayondakı 106 saylı peşə məktəbinə daxil olub.

Toğrul Hacıyev 2009-2010-cu illərdə  Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Hərbi  xidmətdən qayıtdıqdan sonra  Göyçay  AzNar” QSC -də  işləyib.Gülnarə xanım  ailə qurub.Bu evlilikdən 2017-ci ildə Ləman, 2019-cu ildə isə Tunar dünyaya  gəlib.

Toğrul Hacıyev  2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin,  Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak  edib.Toğrul Hacıyev  oktyabrın 25-də  Xocavənd  döyüşləri zaman  şəhid olub. Göyçay rayonu  Çayarxı kəndində dəfn olunub.

Qeyd edək ki, Prezident  İlham Əliyevin  Sərəncamına əsasən, Toğrul Hacıyev  ölümündən sonra  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları  ilə  təltif  edilib.

Toğrul Hacıyev (əsgər, 1991) — Vikipediya

Toğrul Hacıyev: Onun 25 günlük döyüş yolu tarixə çevrildi

Toğrul Hacıyev: Onun 25 günlük döyüş yolu tarixə çevrildi

Toğrul Hacıyev: Onun 25 günlük döyüş yolu tarixə çevrildi

Toğrul Hacıyev: Onun 25 günlük döyüş yolu tarixə çevrildi

Şəhid Hacıyev Toğrul Göyçay Çayarxı kəndi🖤Ailəli idi, 2 övladı bizə əmanət qaldı💔 | Azerbaijan

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com