29 Noyabr 2024 14:23

Şəhid Bayram Orucovun ildönümü qeyd olundu

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Alpout kənd  sakini Bayram Çərkəz oğlu Orucovun ildönümü məzarı  önündə  qeyd  olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə  çıxış  edənlər bildirdilər ki,  Rəşadətli Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.Şanlı tarixi Qələbəmizdən 2 il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır.

Həmçinin tədbirdə şəhidimizin qısa və şərəfli həyat yolundan danışılıb.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyəti vurğulanıb.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonra  tədbir  şəhidimizin  məzunu olduğu Xosrov Cəfərov adına Alpout kənd   tam orta məktəbdə davam  edib.Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə, həmçinin otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Bayram Çərkəz oğlu Orucov 2001-ci il fevralın 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub.2007-2018-ci illərdə Göyçay rayonu Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb.2019-cu ilin aprelin 5-də həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin oktyabrında  həqiqi  hərbi  xidməti  başa  vurmalı  idi  amma, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Bayram Orucovda torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə  iştirak  edib.

Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında döyüşüb. Oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunun Alpout kəndində dəfn olunub.Bayram Orucovun vəfatından 84-gün  sonra atası Çərkəz Orucov ürək tutmasından  vəfat edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin  Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Qubadlının azad olunmasına görə” medalları ilə  təltif olunub.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul