Azadsöz.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Elnur Məhərrəmovun bu gün 40 mərasimidir.
Məhərrəmov Elnur Nərbala oğlu 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olub. Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarıda qoyub hərbi xidmətə yollanıb.O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidməti davam etdirmək arzusunda olub.
Xatırladaq ki, Elnur Məhərrəmov 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Göyçay rayonunun Şəkər kəndində dəfn olunub.