Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Bayram Orucovun ildönümüdür.Bayram Çərkəz oğlu Orucov 2001-ci il fevralın 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub.2007-2018-ci illərdə Göyçay rayonu Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb.2019-cu ilin aprelin 5-də həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin oktyabrında həqiqi hərbi xidməti başa vurmalı idi amma, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Bayram Orucovda torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında döyüşüb. Oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunun Alpout kəndində dəfn olunub.Bayram Orucovun vəfatından 84-gün sonra atası Çərkəz Orucov ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.