16 Sentyabr 2024 23:01

“Google” Azərbaycanı belə təbrik etdi – FOTO

Azadsöz.az xəbər verir ki, “Google” qlobal axtarış sisteminin əsas səhifəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə bildiriş yerləşdirilib.

Bildirişdə yerləşdirilmiş hiper-fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan saytlara keçid edilir.

Qeyd edək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bu cür bildirişlərin yerləşdirilməsi ənənə halını alıb.