16 Sentyabr 2024 23:02

Leyla Abdullayeva səfir təyin edildi-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki,  L. Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi idi.