27 İyul 2024 04:29

Göyçayın bu küçəsində təmizlik işləri aparılıb

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay  şəhəri Natavan  küçəsində  yerləşən  çoxmənzilli yaşayış  binasının  həyəti   Sanitar Təmizlik  idarəsinin texnikası, işçi birqadası tərəfindən məişət və digər tullantı parçalarından təmizlənərək  səliqəyə  salınıb.

Qeyd  edək  ki, ekoloji tarazlığın qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi baxımından  rayonda  keçirilən təmizlik  işləri gündəlik  aparılır.