29 Noyabr 2024 04:46

Şəhid Şəmistan Əzizovun ildönümü qeyd edildi

Azadsöz.az  xəbər  verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şəmistan İlyas oğlu Əzizovun ikinci ildönümü Qaraxıdır  kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların rəhbərləri, dindarlar, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini diqqətə çatdırıb.

Daha  sonra digər  natiqlər  çıxış  edərək  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildiriblər.Xalqımızın 30 illik yurd, torpaq həsrətinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Şəmistan İlyas oğlu Əzizov 6 dekabr 1993-cü ildə Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya gəlib. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə hərbi xidmətə yola düşüb. Şəmistan Əzizov 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı qospitala yerləşdirilib. Sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıdıb.

Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak  edib.Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə (Qlobus adlı yerdə) şəhid olub.Şəhid olan vaxt  kəlimeyi şəhadətini gətirərək papağının, qolbağının və telefonunun anasına verilməsini istəyib. Oktyabrın 15-də Qaraxıdır kəndində dəfn  edilib.

 Prezident İlham Əliyevin   Sərəncamına əsasən Şəmistan Əzizov  ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları  ilə təltif edilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul