16 Sentyabr 2024 22:53

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri oktyabrın 12-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstan Prezidenti Sadır Japarov yola saldı.