20 Sentyabr 2024 09:36

Göyçayda  Uşaq Təlim Mərkəzi fəaliyyətə başlayıb

Azadsöz.az  xəbər  verir  ki, 1-5 yaşlı uşaqların təlim-tərbiyəsi, istirahəti, əylənməsi  üçün Göyçayda  Uşaq Təlim Mərkəzi fəaliyyətə başlayıb.Mərkəzdə  uşaqların maraq dairələrinin genişləndirilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi  və yaddaşın  möhkəmləndirilməsi istiqamətində hər cür  şərait  yaradılıb.

Qısa vaxtda böyük uğurlara  imza  atan özəl uşaq bağçasında  peşəkar müasir təlim metodları ilə işləyən müəllimlər  çalışır.İşləyən   valideynlər aylıq münasib  qiymətlə  rahat  şəkildə  övladlarını  Göyçay  Uşaq Təlim Mərkəzinə  etibar  edə bilərlər.

Qeyd edək ki, Göyçay  Uşaq Təlim Mərkəzi  şəhərin Əli Səmədli küçəsi 100 ünvanında yerləşir.Əlaqə  nömrə: (051)-308-24-08.



 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com