29 Noyabr 2024 09:27

Şəhid Kənan Qafarovun ildönümü qeyd edildi

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Kənan Siyaqif oğlu Qafarovun ikinci ildönümü Yalman  kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,  idarə, müəssisə və təşkilatların rəhbərləri, dindarlar, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri,  kənd  sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə, haqq savaşına başladı. Cəmi 44 gün sonra Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Hər bir Azərbaycan vətəndaşının  vətəninin qəhrəmanlarını tanımalı  olduğunu  və  onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə  çatdırıb. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıb.

Daha  sonra  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov  və  digərləri  çıxış edərək, Kənan Qafarovun qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonra tədbir  şəhidimizin  məzunu olduğu  İslam İslamov adına Yalman kənd ümumi orta məktəbdə davam  edib.Tədbir iştirakçıları məktəbin Kənan Qafarovun adlandırılan sinfinə keçərək  qəhrəmanımızla  bağlı  xatirələrini bölüşüblər.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul