04 May 2024 02:29

Fərqliliyimiz Uğurumuzdur

Sabah Fərid Qayıbov Göyçayda vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 4-də Göyçay və Ağdaş rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98.Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrələri və e-maillər vasitəsilə müraciət edə bilərlər:

– Göyçay rayon Gənclər və İdman İdarəsi
Tel: (050) 265-91-00
E.mail: goycaygii@mys.az
– Ağdaş rayon Gənclər və İdman İdarəsi
Tel: (051) 328-33-00
E.mail: agdasgii@mys.az
– Gənclər və İdman Nazirliyi
Tel: 012-465-64-38
E.mail: mys@mys.gov.az

COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.