16 Sentyabr 2024 23:01

Şəhid Xəyal Məmmədovun ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Xəyal Arif oğlu Məmmədov 1989-cu il  fevralın 13-də  İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Ailəsi 1996-ci ildə Göyçay rayonunun  Birinci  Ərəbcəbirli  kəndinə köçüb. Orta məktəbi Göyçayda bitirən Xəyal 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan bir il sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib. 2016-cı ildə aprel döyüşlərində iştirak edib. 2019-cu ildə “10 illik Qüsursuz Xidmətinə görə 3-cü dərəcəli” medalla təltif olunub.

Xəyal Məmmədov 11 il xidmətdə olduğu müddətdə sərbəst güləş idman növü üzrə bir çox hərbi yarışlarda iştirak edərək medallar qazanıb. 

2020-ci il sentyabrın 27-də  başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılan Xəyal Məmmədov top komandiri olub. İlk olaraq Tərtər, daha sonra Ağdərə və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Xəyal Məmmədov müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikası məhv edib. Oktyabrın 2-də aldığı ağır güllə yarasından şəhadətə yüksəlib.Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub.Sonuncu dəfə valideynləri ilə də elə həmin gün danışıb.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Xəyal Məmmədov: Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb