Azadsöz.az xəbər verir ki, 26 sentyabr 2022-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix- Diyarşünaslıq muzeyində 27 sentyabr “Anım Günü” ilə əlaqədar “Vətən məni çağırır” adlı tədbir təşkil edilib.
Tədbirdə Göyçay şəhəri Mehman Muradov adına 4 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri və tarix müəlliməsi Firəngiz Məmmədyarova iştirak ediblər.
İlk öncə vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Vətən müharibəsinin başlanması haqqında şagirdlərə geniş məlumat verilib.
Tədbir çərçivəsində “Anım günü” ilə əlaqədar hazırlanmış sərgilərə baxış keçirilib.
Sonda muzeyin direktoru Gülçin Babayeva məktəblilərə dərin təşəkkürünü bildirib, və Vətən müharibəsinin başlanması bizim üçün böyük bir Zəfərin başlanğıcı olduğunu vurğulayıb.