Azadsöz.az xəbər verir ki, Göyçay rayonu Heydər Əliyev parkında ucaldılmış Bayraq Meydanındakı Dövlət Bayrağı yağışın, küləyin və günəşin təsirindən zədələnərək görkəmini itirdiyindən götürülmüşdür.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin tapşırıq və göstərişinə əsasən bayraq yenisi ilə əvəz olunub.
Qeyd edək ki, Göyçay Bayraq Meydanındakı Dövlət Bayrağı təkcə küləkli havada deyil, günəşli havada da bayrağın rəngi solduğu təqdirdə yenisi ilə əvəz olunur.
Xatırladaq ki, Göyçay Bayraq Meydanındakı bayrağın hündürlüyü 66 metr, eni 12, uzunluğu isə 24 metrdir.