19 May 2024 12:39

Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı ehtiyatsızlıqdan öldü

Azadsöz.az xəbər  verir  ki, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.