23 Noyabr 2024 09:06

Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Azadsöz.az xəbər verir ki, Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində “Telegram” sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək.

Belçika mətbuatı yazır ki, institut “Telegram”ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığa yönəlmiş çağırışlara, silah və narkotiklərin qanunsuz satışını nəzarətə götürəcək.

Xəbəri yayan mənbə hesab edir ki, “Telegram” ifrat sağçıların, qeyri-qanuni ticarətlə məşğul olanların, terrorçuların oylağına çevrilib.

Məlumatda, həmçinin qeyd olunub ki, “Telegram” istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul