23 Noyabr 2024 18:57

Suqovuşan qəsəbəsində sümük fraqmentləri aşkarlanıb

Azadsöz.az xəbər verir ki, Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 27 aprel 2024-cü il tarixinə ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb (onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib).

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul