Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçiriblər.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.
Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.