04 May 2024 12:00

Fərqliliyimiz Uğurumuzdur

Göyçayın bu kəndlərində təbii qaz təminatında fasilə yaranacaq

Azadsöz.az xəbər verir ki, 30 avqust 2022-ci il tarixdə saat 09:00-dan etibarən Göyçayın mərkəzində  və Potu, Ulaşlı Şıxlı, Kürd, Bığır, Qarabaqqal, Çayarxı, Hacalıkənd, Cəyirli, Qubadlı Şıxlı, Türkmən, Kürdəmiş, Qızılağac, Mollahacılı, Şəkili, Məlikkənd, Şıxbəy, Şıxəmir, Yalman, Qaraman, Şəkər, Qaraxıdır, Mırtı, Alıkənd, Bəydövül, Çaxırlı, Ləkçılpaq və Kürdşaban kəndlərində işlər başa çatanadək  təbii qazın təminatında fasilə yaranacaq.

Qeyd  edək  ki, fasilənin yaranmasına  səbəb qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır.