04 May 2024 22:35

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda 4 otaqlı ev yandı

Azadsöz.az xəbər verir ki, yanğın hadisəsi bu gün saat 17:00 -da rayonun Hacalıkənd kəndində,  kənd sakini Zahid Xəlilova məxsus 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

Yanğın nəticəsində zamanı ev və içəridəki bütün əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı Zahid Xəlilov və ailə üzvləri evdə olmayıb. Evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.