Azadsöz.az xəbər verir ki, 25 avqustda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin növbəti səyyar qəbulu qrafikə uyğun olaraq Bığır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Cırqurd kəndində keçirildi.RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda əvvəl Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qəbulda çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin,veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan, Cırqurd kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Görüşdə kənd sakinləri istifadə müddətini başa vurmuş elektrik dirəklərinin yenisi ilə əvəz olunması, içməli su probleminin həlli, yol, körpünün əsaslı təmiri və kənd qəbirstanlıq yoluna çınqılın döşənməsi ilə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.