Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Cəyirli kəndinin və Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Türkmən kəndinin sakinlərinin sözügedən kəndlərdə arxların qazılması üçün rayon İcra Hakimiyyətinə edilən müraciətləri nəzarətə götürülüb.
RİH başçısı aparatının əməkdaşları tərəfindən kəndlərə baxış keçirərkən arxların mühafizə zolağında fərdi yaşayış evlərinin tikilməsi, bununla yanaşı kənd sakinləri istifadə etdikləri su pulunu vaxtında ödəmədikləri üçün şikayətlərinin əsassız olduğu məlum olub.
Kənd sakinlərinə qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılaraq, kəndlərdə suvarma təminatını daha da yaxşılaşdırmaq məqsədilə Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən Göyçay Suvarma Sistemləri İdarəsinin texnikası əraziyə cəlb olunaraq arxların qazılması işinə başlanıb.