20 Sentyabr 2024 04:08

Şəhid Pərvin Məmmədovun övladının ad günü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn Pərvin Rza oğlu Məmmədovun qızı  Ləman  Məmmədovanın  bu gün  7 yaşı  tamam olur.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını yüksək  qiymətləndirən  Göyçay Rayon İcra Hakimiyyəti  Vətən müharibəsinin şəhidi Pərvin Məmmədovun  övladının doğum gününü də unutmadı.

Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarıGöyçay rayon Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyik  7  yaşını qeyd edən Ləman balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik ediblər.

Çıxış  edənlər  Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyərək  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Pərvin Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildiriblər. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd ediblər.

Xatırladaq  ki, şəhid Pərvin Məmmədov  1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra Gizir   kimi, qulluğa başlayıb. 2 oktyabr 2020-ci il tarixdə  Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

 

 

Şəhid Pərvin Məmmədovun övladının ad günü qeyd edildi-FOTOLAR

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com