20 Sentyabr 2024 04:05

Göyçay rayonunun Qəbələ Müskürlü kəndində səyyar qəbul keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 11  avqustda  Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin növbəti səyyar qəbulu qrafikə uyğun olaraq  Müskürlü  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin  Qəbələ Müskürlü kəndində keçirildi.RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda  əvvəl   İkinci  Qarabağ müharibəsində  şəhidlik zirvəsinə ucalan Təbriz  Məhəmmədəli oğlu  Xancanovun əziz xatirəsi ehtiramla yad olunaraq, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daha  sonra  keçirilən  görüşdən  öncə Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qəbulda  çıxış edərək  44 günlük Vətən müharibəsi  zamananı  Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlarından söz açıb.Qəbələ Müskürlü  kəndinin  eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  görülən və həmçinin görüləcək işlərdən danışıb. Diqqətə  çatdırıb ki, Prezident İlham Əliyevin  tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən səyyar  görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Qəbulda  kənd sakinləri arxların  qazılması,  internet, gediş-gəliş  üçün kəndə  avtobusun  verilməsi, istifadə müddətini  başa  vurmuş transformatorun  yenisi  ilə  əvəz  olunması üçün  rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com