16 Sentyabr 2024 22:55

Hərbçilərimiz şərti hava hədəflərini məhv etdilər – VİDEO

Azadsöz.az xəbər verir ki, hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.