Son günlər sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Göyçay Rayon icra hakimiyyətinin Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynalova Zivər Oktay qızının vəzifəsindən azad olunması üçün ərizə yazması barədə məlumat yayılmışdır.
Azadsöz.az dəqiqləşmə aparmaq üçün Zivər Zeynalova ilə əlaqə saxlayıb.
Zivər Zeynalova açıqlamasında bildirib ki, “Yayılan xəbərlər həqiqəti əks etdirmir.Bekar adamların boş xülyalarıdır.Hal-hazırda vəzifə səlahiyyətlərimi icra edirəm”.