16 Sentyabr 2024 22:55

Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Bu barədə  Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılıblar, araşdırma aparılır.