Azadsöz.az xəbər verir ki, PSJ-nin idman direktoru Leonardo bu mövsümün sonunda klubu tərk edəcək.
Bu barədə “AS” nəşri məlumat yayıb. Bildirilibki, PSJ-nin prezidenti Əl-Xelaifi transferlərin nəticələrindən narazıdır. Çünki ötən yay edilən transferlərə baxmayaraq, komanda Çempionlar Liqasında mübarizəni dayandırıb.
Leorandonun yerinə əsas namizədin “Tottenhem”in icraçı direktoru Fabio Paratiçi olduğu bildirilir.
Qeyd edək ki, PSJ 1/8 finalın cavab oyununda “Real Madrid”ə 1:3 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarda qalıb.