28 Noyabr 2024 14:40

Azərbaycan Ermənistana 5 maddəlik təklif göndərib

Azadsöz.az “Anadolu”ya istinadən xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.

Nazir deyib ki, əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox gözəl fürsətdir.
“Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasına tərəfdardır”, – nazir vurğulayıb.

Ceyhun Bayramovun sözlərinə görə, bir ilə yaxındır Ermənistan Azərbaycanın təklifinə hər hansı cavab verməyib: “Azərbaycan xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni bir təklif göndərib. Biz Ermənistana Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif etmişik. Dedik ki, bəzi prinsiplər əsasında münasibətləri inkişaf etdirməyə hazırıq. Ermənistan bunlara baxıb cavab bildirməlidir. Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox gözəl fürsətdir. Yaxın zamanda Ermənistanın cavabı bilinəcək və təbii ki, biz bundan sonra buna uyğun addımları atacağıq”.

XİN başçısı qeyd edib ki, təklif yaxın vaxtlarda verilib və bir səhifəlik sənəddir: “Təməl prinsiplər müəyyən edildi və təklif edildi. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, onlar bu təklifə yanaşmalarını dərhal bildirməlidir. Ancaq bunu deyə bilərəm ki, o sənəddə əksini tapan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir”.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır: “Prosesin başladılması üçün ilkin şərtlər qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup çalışmalara başlamalıdır. Beş əsas maddə var. Təkliflərimiz beş maddədən ibarətdir”.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul