16 Sentyabr 2024 23:07

Azərbaycan Ukraynaya humanitar yardım göndərəcək-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.

Belə ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.Təyyarə saat 09.00-da havaya qalxacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Azərbaycan Ukraynaya humanitar yardım göndərəcək