16 Sentyabr 2024 23:55

Ali məktəblərə və kolleclərə ərizə qəbulunun tarixi məlum oldu

Azadsöz.az xəbər verir ki,  “Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, bu prosesdə həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər.