23 Noyabr 2024 21:46

Səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı

Baş Prokurorluğun Mətbuat xidmətindən Azadsöz.az-a verilən məlumata görə, araşdırmalarla Ağstafanın Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul